Maştağa sakini ailəsi ilə dalaşdı, ÖZÜNÜ YANDIRDI

  • By admin
  • 03 Mart 2017 13:56

yangin

Bakıda ailəsi ilə mübahisə edən gənc öz üzərinə benzin tökərək yandırıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Beləki, 28 yaşlı Zahid Fəttahov Maştağa qəsəbəsində yaşadığı evdə ailə-məişət zəminində mübahisə zamanı intihar etmək məqsədi ilə üzərinə benzin tökərək özünü yandırıb.

Ailə üzvləri yanğının qarşısını alıb. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Z.Fəttahovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info