Matviyenko altıncı dəfə MDB Parlamentlərarası Assambleyası Şurasının sədri seçildi

  • By admin
  • 25 Noyabr 2016 08:34

mdbpa

Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının payız sessiyası çərçivəsində Assambleya Şurasının iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, iclasda Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov iştirak edib.

Şuranın üzvləri – MDB parlamentlərinin rəhbərləri bir sıra aktual məsələləri nəzərdən keçirib, Parlamentlərarası Assambleyanın hazırladığı sənədləri müzakirə edib və məruzəçilərin çıxışlarını dinləyiblər.

İclasda təşkilati məsələyə baxılıb, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko altıncı dəfə MDB Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib.

Gununsesi.info