“Maxaçqala” aeroportu Bakıya birbaşa reys açır?

“Maxaçqala” aeroportu Bakıya birbaşa reys açır?


“Maxaçqala” Beynəlxalq Aeroportu Azərbaycan, Gürcüstan və Qırğızıstana müntəzəm reyslər təşkil etmək üçün bir neçə aviadaşıyıcı ilə danışıqlar aparır.

Gununsesi.info xəbər verir ki, aeroportun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan, Gürcüstan və Qırğızıstana birbaşa reyslər açmaq planlaşdırılır. “Maxaçqala” Beynəlxalq Aeroportu” Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirmaqomedov deyib: “Biz respublikamızla ənənəvi olaraq Dağıstan xalqlarının və qonşu respublikaların diasporunun yaşadığı, Dağıstan ilə işgüzar əlaqələrdə və qarşılıqlı iqtisadi münasibətlərdə maraqlı olan Azərbaycan, Gürcüstan və Qırğızıstan arasında hava əlaqəsi yaratmaq istəyirik”.

Hazırda “Maxaçqala” Aeroportundan üç beynəlxalq istiqamətdə – Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri istiqamətlərində reyslər həyata keçirilir.

Gununsesi.info

COMMENTS