Maya Sandu Rusiya ordusuna qatılmaq istəyənlərə xəbərdarlıq etdi

“Moldova Respublikasının şərq bölgələrindəki ölkə vətəndaşlarının səfərbərliyə cəlb olunması riski var”.

Gununsesi.info  “TASS”a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

“Bu cür fəaliyyətlərə mane olmaq üçün təcavüzkar tərəfindən döyüşlərdə iştirak edəcək Rusiya vətəndaşlığı da olan şəxslərin Moldova vətəndaşlığından məhrum edilməsi imkanları araşdırılır. Bununla yanaşı, muzdlu olmaq istəyən Moldova vətəndaşları üçün cəzaların sərtləşdirilməsi imkanları da öyrənilir”, – deyə Sandu söyləyib.

Gununsesi.info