
Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.
Cüdo Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub. Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.
Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteraların çempioanatında 2 qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
Anar
Gununsesi.info