Mayda Bakıda  “Caspian Oil & Gas” konfransının 25 illik tədbiri keçiriləcək

  • By admin
  • 09 Aprel 2018 17:22

2018-ci ildə  Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir.

Gununsesi.info xəbər verir ki, bu barədə İTECA məlumat yayıb. Sərginin işgüzar proqramını müşayiət edən və 30-31 may tarixində “Fairmont Baku” otelində keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Regionda neft-qaz

sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. “Caspian Oil & Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən mühüm dəstək göstərilir. Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

 

Gununsesi.info