Mayda Qubada 14 sm-dən çox qar yağdı - VİDEO

  • By admin
  • 25 May 2022 10:17

Bir neçə gündür ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti bölgələrdə kənd təsərrüfatına ciddi ziyan vurub. Belə ki, ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti pisləşib.

Gununsesi.info-nun xəbərinə görə, bölgənin bəzi ucqar yaşayış məntəqələrinə qar yağıb.

Ən çox qar Qubanın Qrız kəndində (14 sm) yağıb. Rayon ərazisində havanın temperaturu mənfi 1 dərəcəyədək enib. Eyni zamanda rayonun Xınalıq kəndində qarın hündürlüyü 10 sm çatıb.

Hazırda Qubanın digər ucqar dağ kəndlərində qar yağmaqda davam edir.

Gununsesi.info