“Mayın 11-dən sonra karantinin yumşaldılması…” – Nazirlər Kabineti

  • By admin
  • 06 May 2020 13:41

“Mayın 11-dən sonra karantinin yumşaldılması bu həftə ərzində qeydə alınacaq koronavirusa yoluxma hallarının statistikasından asılıdır”.

Gununsesi.org-un verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, bəzi məsələlərlə bağlı müzakirələr aparılır: “Həftəsonunda qərar verilə bilər. Amma dinamikanın artması bu məsələyə təsir edir. 65 yaşdan yuxarı şəxslərlə bağlı yumşaldıcı qərar da dinamikadan asılı olacaq”.

Gununsesi.org