“Mayın 29-na qələbə ilə girməliyik” - Ərdoğan

  • By admin
  • 18 May 2023 21:25

“Mayın 29-na qələbə ilə girməliyik”.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı bildirib.

“14 Mayda millətimizin bizə göstərdiyi lütf seçki qutusunda 27 milyonu aşan rekord səslərdir. Bu, bizim ikinci dövrə ən böyük zəmanətimizdir. Mayın 29-na qələbə ilə girməliyik. Amma bunların hamısının ilkin şərti öz səsimizi qorumaqdır. Bunun üçün təşkilatlarımız və bələdiyyə sədrlərimiz seçkinin nəticələri açıqlanana qədər fasiləsiz işləməli, ən kiçik boşluq və ya özündənrazılığa yol verməməlidir. İnşallah ikinci turda həm səs, həm də nisbətlər baxımından tarixi bir nəticə əldə edərək ölkəmizə daha 5 il xidmət etmək şərəfinə nail olacağıq. Mən sizə güvənir və inanıram”, – deyə Ərdoğan qeyd edib.

Gununsesi.info