ABŞ-da yaşayan məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzov sosial şəbəkədə boksçu Mayk Taysonla fotosunu paylaşıb.
Gununsesi.info Teleqraf.com- a istinadən xəbər verir ki, görüşdə Tayson həmyerlimizə öz imzalı əlcəklərini hədiyyə edib.
Üzeyir Novruzovun Facebook və Instagram hesabında paylaşdığı fotosu izləyicilərinin marağına səbəb olub.
O, şəklin üzərinə “Budur klassik bir əfsanə – Mayk Tayson. Onun mənə hədiyyə etdiyi imzalı əlcəkləri divardan asılacaq”, qeydini yazıb.
Qeyd edək ki, Üzeyir Novruzov hal-hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı “America’s Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə edib.
Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.
Həmin fotonu təqdim edirik: