
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson parkinson xəstəliyinə tutulub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə tanınmış yutuber Ceyk Pol məlumat verib.
M.Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.
Qeyd edək ki, boksçular arasında keçirilən qarşılaşma C.Polun qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub.