Maykl Ceksonun gödəkçəsi 298 min dollara satıldı

  • By admin
  • 11 Noyabr 2018 17:50

Amerikalı müğənni Maykl Ceksona məxsus gödəkçə “Julien’s Auctions” auksionunda 298 min dollara satılıb.

“Qafqazinfo”nun “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, dünya ulduzu gödəkçəni 1987-1989-cu illərdə ilk qastrol turu zamanı geyinib. Həmçinin onun üzərində müğənninin avtoqrafı da var.

Gödəkçənin ilkin qiyməti 100 min dollar olub.