Maykl Ceksonun 1980-ci illərin ikonik dəri gödəkçəsi 306 min dollara satılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müğənninin reklam çəkilişində geyindiyi ağ-qara gödəkçənin hərracda 250 min ilə 490 min dollar arasında satılacağı gözlənilirdi.
Cümə günü Londonda keçirilən hərracda Ceksonun gödəkçəsi ilə birlikdə 200-dən çox başqa musiqi əsəri satılıb.
Onların arasında Corc Mayklın pencəyi və Emi Uaynhausa məxsus parik də olub.
Qeyd edək ki, Cekson sözügedən pencəyi 1984-cü ildə “Kola” şirkəti üçün ilk reklam filmində geyinmişdi.
Belə reklamlardan birində Ceksonun saçları alovlanıb.
Qəzadan sonra Cekson ciddi yanıqlar alıb. Lakin bu qəza zamanı onun əynində başqa pencək olub.
Gununsesi.info