Maykl Ceksonun şirkəti uşaqların cinsi  zorlanmasını müdafiə edib - İDDİA

  • By admin
  • 16 Sentyabr 2016 13:36

maykl

Amerikalı xoreoqraf Ueyd Robson pop ulduz Maykl Ceksona aid MJJ Production-nı günahlandırıb.

Gununsesi.info xəbər verir ki, onun iddiasına görə ifaçı sağ ikən uşaqların zorlanmasını müdafiə edib. Bu işi aparan vəkil Vins Finaldi bildirib ki, şirkət ikili siyasət yürüdüb. Uşaqları qoruyaq adı ilə  mahnılar yazdıraraq onları özünə cəlb edib, eyni zamanda əl altdan uşaqların cinsi zorlanmasını müdafiə edib.  Production nümayəndəsi  isə bu məsələni inkar edərək bildirib: “Bu o dərəcədə düşük bir xəbərdir ki, ona cavab vermək axmaqlıq olar”.

Gununsesi.info