
Əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın Milli Basketbol Assosiasiyasının (NBA) finalında geyindiyi 6 cüt idman ayaqqabısı hərracda 8 milyon dollara satılıb.
Gununsesi.info xəbər verir ki, “Reuters” bu barədə “Sotheby’s” hərrac evinə istinadən məlumat yayıb.
Qeyd edək ki, M.Cordan 60 yaşındadır. O, karyerası ərzində “Çikaqo” və “Vaşinqton”da oynayıb. Amerikalı basketbolçu Çikaqo ilə altıqat NBA çempionudur (1991, 1992, 1993, 1996, 1997, 1998). ABŞ komandası ilə birlikdə Cordan iki dəfə Olimpiya Oyunlarının qalibi olub (1984, 1992).
Bundan əvvəl də idmançının NBA pley-off mərhələsinin final seriyasının ilk oyununda geyindiyi oyun forması hərracda 10,091 milyon dollara satılıb.
Gununsesi.info