Mayorun şəhid olmasına Milli Məclis etiraz etməlidir - Millət vəkilindən ÇAĞIRIŞ

  • By admin
  • 31 May 2019 13:46

“Atəşkəs olmasına baxmayaraq, dünən yenə də bir komandirimiz şəhid olub”.

Gununsesi.org  xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Çingiz Qənizadə deyib. O, bildirib ki, bu məsələyə parlamet səviyyəsində etiraz edilməlidir:

“Hadisə o vaxta təsadüf edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıdadır. Bir mayorun, bir komandirin xidməti üçün Azərbaycan dövləti nə qədər əziyyət və xərc çəkib. Bizim atəşkəs elan etdiyimiz dövrdə yenə də komandirlərimiz ermənilər tərəfindən qətlə yetirilir. Baxmayaraq ki, hər iki tərəfin razılaşmasına əsasən, snyaperlərdən atəş açmaq qadağan olunub, düşmən tərəfi yenə də öz mənfur işini görür. Bir mayorun şəhid olması Azərbaycan büdcəsi qədər önəmli hadisədir. Çox istərdim ki, Milli Məclis ATƏT-in Minsk qrupu həmsdərlərinə bir daha çağırış etsin. Bu hadisəni törədənlər, onun günahkarları cəzalanmalıdır.Deputat bildirib ki, dinc şəraitdə və atəşkəs rejimində yenə də zabitlərimiz snayperlər vasitəsilə qətlə yetirilir.”

Mayorun şəhid olmasına Milli Məclis etiraz etməlidir -Millət vəkilindən ÇAĞIRIŞ