Madridin “Real” klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe oktyabrın 13-də baş tutacaq oyunu sağ topuq nahiyəsindəki zədəsinə görə buraxacaq.
Xatırladaq ki, 2026-cı ilin Dünya Çempionatı 11 iyun–19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.













