Mbappenin “Real”a keçidi niyə baş tutmadı?

  • By admin
  • 31 Avqust 2021 12:44

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunda qalmaq barədə qərar verib.

Gununsesi.info xəbər verir ki, sonuncu dəfə Madrid klubu Fransa təmsilçisinə 170+10 milyon pul təklif etsə də, bu məbləğ parisliləri qane etməyib.

Öz növbəsində 22 yaşlı futbolçu PSJ-nin təklifini qəbul edərək Parisdə qalıb.

Belə ki, K. Mbappe bu mövsümü PSJ-də başa vuracaq və mövsümün sonunda azad agent statusu əldə edərək istənilən kluba getmək imkanı qazanacaq.

Xatırladaq ki, “Kral klubu” 30 milyon avroya Fransa “Renn”indən yarımmüdafiəçi Kamavinqanı heyətinə qatıb.