Palata: “Aslanlının SOCAR-ın istiqrazlarının təqdimat mərasimindəki çıxışı təhrif edilib”

  • By admin
  • 23 Sentyabr 2016 16:51

palata

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlının Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhm buraxılışı yolu ilə özəlləşdirməsi barədə təklif irəli sürməsinə dair mətbuatda yayılmış xəbərlərə münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, Palatadan “Report”a  bildirilib ki, bununla bağlı xəbərlər həqiqətə uyğun deyil.

“R.Aslanlının SOCAR-ın istiqrazlarının təqdimat mərasimindəki çıxışı təhrif edilərək yanlış formada ictimaiyyətə təqdim edilib” – deyə, MBNP-dən bildirilib.

Gununsesi.info