“McDonald’s” 169 restoranını bağlayıb - ŞİRKƏT “DƏRİN DEPRESSİYA” VƏZİYYƏTİNDƏDİR

  • By admin
  • 22 Avqust 2017 15:36

13

Dünyanın ən böyük şirkətlərindən biri olan “McDonald’s” Hindistanın şimal-şərqində yerləşən 169 restoranını bağlayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin səbəb kimi “McDonald’s” ilə “Connaught Plaza” şirkəti arasında yaranan mübahisə göstərilir.

Belə ki, mübahisənin baş vermə səbəbləri barədə isə məlumat verilmir.

“McDonald’s” “fast-food” restoranlar şəbəkəsi hazırda “dərin depressiya” vəziyyətindədir.

“Connaught Plaza” şirkətinin səlahiyyətli nümayəndəsi Vikram Bakshi bildirib ki, “McDonald’s” şirkəti 15 gün ərzində Hindistanın şimal-şərqində yerləşən 169 restoranın fəaliyyətini bərpa etməsə, eləcə də qiymətləri qaldırmasa o zamanı məsələnin hüququ müstəvidə həllinə səy göstərəcəklər.

Qeyd edək ki, əgər hər iki tərəf mübahisələrə son qoymasalar, onda 6 min 700 nəfər işsiz qalacaq.

Anar

Gununsesi.info