MDB baş katibi İlham Əliyevi təbrik etdi

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info President.az istinadən xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan dünya birliyi dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə yönələn dəyişməz kurs sayəsində layiqli nüfuz qazanıb, ardıcıl olaraq müstəqil xarici siyasət apararaq beynəlxalq münasibətlərin fəal subyektinə çevrilib.
Sizin rəhbərliyinizlə iqtisadiyyatda, sosial və ictimai-siyasi sahələrdə həyata keçirilən böyük dəyişikliklər ölkənin gələcək inkişafına və onun əhalisinin rifahının artmasına kömək edir.

Əminəm ki, MDB məkanında inteqrasiya məsələlərinə Sizin şəxsi diqqətiniz Birliyimizin iştirakçı-dövlətləri arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə bundan sonra da kömək olacaq.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram”.