
Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurası Rusiyanın təklifi ilə iyunun 8-nə keçirilib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə MDB Baş katibi Sergey Lebedev bildirib.
“Əvvəlcə 7 iyun tarixində Soçidə planlaşdırılan Hökumət Başçıları Şurası Rusiya tərəfinin təklifi ilə 8 iyuna təxirə salındı”, – o deyib.
Daha əvvəl Lebedev Soçidə MDB Hökumət Başçılarının görüşündə təxminən 15 məsələnin müzakirə olunacağını bildirmişdi.
Gununsesi.info