MDB-nin antiterror təlimi türk ölkəsində keçiriləcək

  • By admin
  • 20 Fevral 2018 19:29


MDB-nin antiterror təlimləri avqust-sentyabr aylarında təşkilatın 6 ölkəsində baş tutacaq.

Gununsesi.info xəbər verir ki, bunu MDB Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov söyləyib. Onun sözlərinə görə, təlimin yekun mərhələsi Qırğızıstanda keçiriləcək.

O, bu təlimin Mərkəzi Asiyadakı vəziyyətin gərginləşməsinə yönələn təhdidlərin qarşısını almaqdan ötrü keçirildiyini bildirib.

 

Gununsesi.info