MDB ölkələri dövlət başçılarının payız iclası oktyabrın 11-də Türkmənistan paytaxtında keçiriləcək.
Gununsesi Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev məlumat verib.
“MDB ölkələri üçün vacib iclasa artıq hazırlıq gedir. Birlik ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaq. İclasda Müstəqil Dövlətlər Birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm qərarların qəbul olunması planlaşdırılır”, – Sergey Lebedev bu məlumatı MDB hökumət başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.