MDB ölkələrindən olan abituriyentlərin Rusiyaya getməsinə icazə verilə bilər

  • By admin
  • 13 İyul 2020 10:03

MDB ölkələrindən olan abituriyentlərə, koronavirus pandemiyası səbəbindən qoyulan məhdudiyyətlərə baxmayaraq, universitetlərə qəbul imtahanları üçün Rusiyaya getmələrinə icazə verilə bilər. Bu barədə RF Dövlət Dumasında təklif irəli sürülüb.

Gununsesi.org bildirir ki, “İzvestiya”nın məlumatına görə, təşəbbüs Xarici İşlər Nazirliyinə və “Rossotrudniçestvo”ya (Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentlik) göndərilib.

Məzunların xaricdəki MDU filialları bazasında Rusiyanın hər hansı universitetinə əyani formada imtahan verməsinə icazə təklifi barədə də məlumat verilir.

Dumanın Təhsil və elm komitəsi təşəbbüsü dəstəkləyib.

Gununsesi.org