Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb.
Gununsesi.info xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarının qalibi olub.
Qızların şəxsi yarışında badmintonçumuz Era Maftuha finalda Rusiya təmsilçisi Mariya Qolubevaya 0:2 hesabı ilə uduzaraq turnirin gümüş medalına layiq görülüb.
Oğlanların qoşa yarışında Diki Panqestu-Məhəmməd Xədafi cütü finalda Rusiya badmintonçuları Georgi Lebedev-Lev Barinov tandemi ilə qarşılaşıb. Üç set davam edən qarşılaşma badmintonçularımızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Badmintonçularımız müvafiq kateqoriyada gümüş medala yiyələnib.
Qarışıq-qoşa yarışında yarımfinalda Pavel Moniç-Reqina Qaliəhmədova (Rusiya) cütünə 0:2 hesabı ilə uduzan Aqil Qəbilov-Era Maftuha tandemi müvafiq kateqoriyada bürünc medal qazanıb. Xatırladaq ki, daha öncə yeniyetmə və gənc badmintonçularımızdan ibarət millimiz komanda yarışında gümüş medal qazanıb.
13:38
Kazanda keçirilən MDB Oyunlarında Azərbaycanı təmsil edən badmintonçu Diki Panqestu oğlanların şəxsi yarışında yarımfinalda Rusiya təmsilçisi Georgi Lebedevə 2:1 hesabı ilə qalib gələrək müvafiq kateqoriyada finala yüksəlib.
Oxu.Az xəbər verir ki, finalda badmintonçumuz qrup mərhələsində 2:0 hesabı ilə məğlub etdiyi Qazaxıstan idmançısı Dmitri Panarinlə qarşılaşacaq.
Final oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və “Matç TV Strana” kanalı ilə canlı yayımlanacaq.
Gununsesi.info