Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə III MDB Oyunları təşkil olunub.
Oyunlarda Azərbaycandan 340, Rusiyadan 262, Belarusdan 240, Özbəkistandan 254, Qazaxıstandan 147, Tacikistandan 144, Qırğızıstandan 126, Türkiyədən 38,Türkmənistandan 48, Küveytdən isə 6 idmançı iştirak edib.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Arzu Hüseynova Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, III MDB Oyunlarını 35 mindən çox insan izləyib.
Yarışlarda 2400-ə yaxın idman nümayəndə heyəti iştirak ediblər. Tədbirin təşkilatçılığına 1000-dən çox işçi cəlb olunub. Eyni zamanda 3000-ə axın könüllünün fəaliyyəti təmin olunub. 13 ölkə tədbirdə iştirak edirdi, bunlardan 8-i MDB, digərləri isə MDB-yə üzv olmayan qonaq ölkələr idi”.













