MDB PA-nın müşahidə missiyası Azərbaycana gəlir

  • By admin
  • 07 Aprel 2018 14:28

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkiləri müşahidə etmək üçün aprelin 8-dən Bakıda olacaq.

Gununsesi.info-nun xəbərinə görə, MDB Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqinin Bakı filialından APA-ya verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.

Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Gununsesi.info