MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının 2020-ci il aprelin 3-də Almatıda keçirilməsi planlaşdırılır.
Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə Minskdə jurnalistlərə açıqlamasında MDB İcraiyyə Komitəsinin sədri – içraçı katib Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, iclasın Almatıda keçirilməsinin təklifi Qazaxıstan tərəfdən gəlib.
“Müzakirə olunacaq əsas məsələlər humanitar və siyasi qarşılıqlı fəaliyyət sferalarına aiddir”, – S.Lebedev deyib.
Bundan əlavə, 2019-cu ildə Xarici İşlər Nazirləri arasındakı məsləhətləşmələrin nəticələri müzakirə olunacaq, 2020-ci ildə onların keçirilməsi üçün plan hazırlanacaq.