Mebel sexində YANĞIN

  • By admin
  • 25 Mart 2024 08:57

Gəncə şəhərində ümumi sahəsi 1 000 m² olan mebel sexinin yanar konstruksiyaları 77 m² sahədə və içərisində olan 1 ədəd dəzgah yanıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 100 m² sahədə qarsalanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info