MEDİA jurnalistin vəfatı ilə bağlı başsağlığı VERDİ

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verib.

Gununsesi.info  xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

“Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Nicat Rüstəmovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, N.Rüstəmov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum jurnalist “Ədalət” qəzetinin əməkdaşı olub.

Gununsesi.info