Media-parlament münasibətlərində yaranan gərginliyə bəzən millət vəkilləri özləri rəvac verir - BAŞ REDAKTORLAR DA ŞİKAYƏTLƏNDİ

  • By admin
  • 17 Fevral 2017 12:34
millimeclis-2015_40
Bu gün Azərbaycanda bir vətənpərvər media formalaşıb.
Gununsesi.info xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əfaltun Amaşov Milli Məclisdə (MM) media-parlament münasibətlərinin müzakirəsi zamanı deyib.
Azərbaycan mətbuatının keşdiyi yola nəzər salan Ə. Amaşov bildirib ki,  bu gün Azərbaycanda  mütəşəkkil  vətənpərvərlik mediası formalaşıb:
“Məhz belə bir vətənpərvər medianın formalaşması nəticəsində  Azərbaycanın ümummilli problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında vahid mövqedən çıxış  və bu problemlərin dünya ictimaiyyətinə çatdırılmasında  bütün imkanlarından istifadə edilir”.
Ə.Amaşov bidirib ki, Azərbaycan mediasının  hakimiyyətin digər  qanadları ilə yanaşı parlamentlə də  çox gözəl anlaşması mövcddur.
“Ancaq buna baxmayaraq,  bəzi hallarda bir sıra media qurumlarında parlamentin fəaliyyəti düzgün işıqlandırmır və qərəzliliyə yol verilir. Məsələn, bu yaxınlarda Bahar Muradovanın səsləndirdiyi və demədiyi bir fikir  cəmiyyətə düzgün çatdırılmadı. Düzdür, sonda bu, təkzib edildi və media da bunu verdi, ancaq kimsə tənqidin əleyhinə deyil, sadəcə,  qərəz  olmamalıdır. Sağlam tənqid əksinə, parlamentin daha effektli fəaliyyətinə yardım edir. Odur ki, media- parlament fəaliyyətinin cəmiyyətə çatdırılmasında qərəzə yox, obyektiv  yanaşma olmalıdır. Biz yalnız birgə qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində qarşımızda duran  məqsədlərə və  hədəflərə nail ola bilərik”- deyə, millət vəkili bildirib.
 “Səs” media qurmunun rəhbəri Bəhruz Quliyev çıxış edərək bildirib ki, parlamentlə media arasında münasibətlərin gərginləşməsinə əksər hallarda bəzi millət vəkillərinin fəaliyyəti rəvac verir.
“Axı, millət vəkili fəaliyyətində buna rəvac verməsə, ortada da  belə anlaşmazlıq olmaz”- deyə, o,  bildirib.
“Yeni Müsavat”  qəzetinin baş redakroru və təsisçisi rəhbəri Rauf Arifoğlu da media-parlament münasibətlərində yaranan gərginliyə bəzən bir sıra millət vəkillərinin özlərinin rəvac verdiyini bildirib.
Görüşdə çıxış edən digər media rəhbərləri də media-parlament münasibətlərinin hasnı formada həllinin tapması, eyni zamanda, medianın üzləşdiyi problem və onun həlli haqqında öz fikirlərini səsləndiriblər.
Mürtəza
Gununsesi.info