Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir.
Bu barədə Gununsesi.info-ya MEDİA-dan bildirilib.
Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.
Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir”, – məlumatda deyilir.
Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.
Gununsesi.info