Media subyektlərinə daha 3 il vergi güzəşti -TƏSDİQLƏDİ

  • By admin
  • 09 Dekabr 2025 12:47

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

Gununsesi.info xəbər verir ki, bu məsələ  Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Bu müddət daha 3 il uzadılır.

Beləliklə, 2026-cı il yanvarın 1-dən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Gununsesi.info