Bu gün bir çox saytlar Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun vəzifəsindən azad olunması barədə məlumat yayıblar. Hətta, bu barədə yaxın saatlarda ölkə başçısı tərəfindən sərəncamın imzalanacağı da qeyd olunur.
Ancaq yazılanlara – iddia olunanlara baxmayaraq, rəsmi dövlət agentliyi olan AZƏRTAC-da bu barədə hər hansı bir məlumat yoxdur. Gununsesi.info-nun əldə etdiyi məlumata görə isə Rövşən Bağırov hazırda məzuniyyətdədir.
Gununsesi.info