Medvedev yeni vəzifəyə təyin olundu

Rusiyanın eks-lideri Dmitri Medvedev dövlət tərəfindən nəşr olunan sosial elmlər dərsliklərinin baş redaktoru olub.

Gununsesi.info xəbər verir ki, V.S. Lednev adına Təhsil Məzmunu və Metodları İnstitutunun rəhbəri Maksim Kostenko TASS-a bildirib ki, onun dövlət xadimi kimi təcrübəsi və hüquqi və sosial mexanizmləri anlaması əvəzsizdir.

Xatırladaq ki, Dmitri Medvedev 2008-2012-ci illərdə Rusiya prezidenti, hazırda isə Təhlükəsizlik Şurasının Baş katibinin müavinidir.