Medvedevdən sərt açıqlama: Tramp yeni Kennedi ola bilər

  • By Günel
  • 03 Noyabr 2024 12:00

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynada müharibəni dayandıra bilməyəcəyini, əks halda həyatının təhlükədə ola biləcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Yorğun Tramp “mən razılaşma təklif edəcəm” və “mənim … ilə əla münasibətlərim var” kimi sadə fikirlər səsləndirir. Ancaq o, sistemin bütün qaydalarına əməl etmək məcburiyyətində qalacaq. Müharibəni nə bir günə, nə üç günə, nə də üç aya dayandıra bilməyəcək. Əgər həqiqətən də buna cəhd etsə, yeni JFK  (Con Kennedi) ola bilər”.

Gununsesi.info