Medvedevdən XƏBƏRDARLIQ: “Bu, bəşəriyyət üçün qiyamət günü olacaq”

“Nüvə arsenalı Rusiyanı qoruyub saxlamaq üçün ən yaxşı zəmanətdir”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

HTML tutorial

O, Sovet İttifaqının dağılmasından sonra Rusiyada qalan nəhəng sovet nüvə arsenalını şərh edərkən deyib: “O zaman bütün strateji nüvə arsenalı bu ölkədə qaldı. Biz isə onu çox yüksək səviyyədə qoruyub saxlayırıq. Və bu, Rusiyanın qüdrətinin qorunub saxlanmasının ən yaxşı təminatıdır”, – Medvedev əminliklə bildirib.

“Əgər Sovet İttifaqının dağılmasından sonra nüvə silahları yeni yaranan dövlətlər arasında bölünsəydi, “kiçik planetimiz üçün sürətli və fəlakətli nəticələr ola bilərdi”, – siyasətçi vurğulayıb.

Medvedev həmçinin Qərbin Rusiyanı parçalamaq ideyalarını səsləndirmək kimi riskli praktikasına işarə edərək, nüvə dövlətinin hər hansı zorakılıqla parçalanmasının “bəşəriyyət üçün qiyamət günü” olacağı barədə xəbərdarlıq edib.

Gununsesi.info