Məğlubiyyəti hiss etdikcə panikaya düşür

  • By admin
  • 30 Mart 2023 13:35

“Ərdoğan seçkidəki məğlubiyyətini hiss edir və getdikcə panikaya düşür”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bunu “Millet İttifaqı”nda təmsil olunan Səadət Partiyasının (SP) sədri Temel Karamollaoğlu söyləyib.

O, bildirib ki, prezidentliyə vahid namizəd Kamal Kılıcdaroğlunun qələbəsinə inanırlar: “Buna Ərdoğan da inanır. Ona görə də çaşqınlır içərisindədir”.

 

Karamollaoğlu, həmçinin, təmsil olunduğu ittifaqın deputatlığa namizədləri ilə bağlı müzakirələrin başa çatdığını deyib.

Onun sözlərin görə, vahid namizəd məsələsində anlaşmadıqları bölgələrdə seçkilərə ayrılıqda gedəcəklər.

 

Tərcümə:

Günel