“Mehdinin qulları” səfirliyimizə hücumdan əvvəl - VİDEO

Bir qrup radikal dindarın Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu və yerli polisin bunun qarşısını almaması bir sıra suallara səbəb olub.

Belə ki, hadisənin anidən baş vermədiyi, radikalların rahatlıqla səfirliyə daxil olması barədə faktlar üzə çıxır.

Gununsesi.info həmin dəstənin səfirliyimizə hücumdan əvvəl çəkilən görüntülərini əldə edib.

Həmin görüntülərdə açıq görünür ki, mərsiyyə deyən radikalları polis seyr edir.

Onların bundan sonra səfirliyə hücumu da polisin gözü önündə baş verib.

Gununsesi.info