Məhkəmə ədalətsizliyi ilə üzləşən sahibkar Prezidentdən və İnam Kərimovdan ədalət umur - VİDEO

  • By admin
  • 16 Oktyabr 2025 10:33

 

Bir neçə il əvvəl Azərbaycan prezidenti İlham Əliyevin açılışını etdiyi Sabirabad Quşçuluq  Şirkətinin sahibləri görünməmiş  məhkəmə ədalətsizliyi ilə  üzləşib.

“Gününsəsi”nin redaksiyasına üz tutan sahibkar Babaşov Nəbi Dilavər oğlu bildirir ki, qanun adı altında onlara qarşı böyük ədalətsizlik olub.

Bunu edənlər isə öz doğma əmisinin ailəsidir.

 

 

Onun sözlərinə görə, Sabirabad Quşçuluq Şirkətini atası 2015-ci ildə qurub. Sonradan əmisi  oğlanları hiyləyə əl ataraq onların çıxılmaz vəziyyətə salıblar: “Əmim atamdan yaşca böyükdür. Cənab prezident gələndə əmim də  ağsaqqal kimi orada  oldu. Burada çəkilən fotodan başqa onların  şirkətə bağlılığını isbat edən hər hansı hüquqi sənəd yoxdur. O vəfat edəndən sonra oğlanları belə qanunsuz yola əl atdılar. 

Belə ki, heç bir hüquqi əsasları olmayan əmim  övladları Şirvan Kommersiya Məhkəməsində  hakim Zaur Abbasov tərəfindən qanunsuz qərara nail olublar.

Məhkəmənin sədri Vəli Abdullayev bu qanunsuzluqların başında durur.

 

 

Təsəvvür edin, həmin qərarda bizim quşların yemlənməsi üçün yem almağımız  qadağan edilir. Bu qərarı verən hakim düşünməyib ki, axı, burada  canlı saxlanılır, onlar  qidalanmalıdır. Bir sözlə görünməyən presedentdir.

Bu şəxslər Prezidentin  sahibkarların müdafiəsi üçün etdiyi çıxışları da unudub.

Sahibkar Nəbi Babaşov  deyir ki, həmin qərardaddan verilən şikayət hakim Qasım Əliyevin sədrliyi ilə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən  təmin edilməmişdir. Həmin qərar da onunla əsaslandırılmışdır ki, fabrikdə saxlanılan quşların həqiqətən yem və sair çatışmamazlığından məhvolma riski vardırsa və bu halın qarşısını 1-ci Cavabdeh Cəmiyyətin ümumi yığıncağı ilə razılaşdırıraq almaq imkanındadırsa, belə bir addım atmaq istəmirsə, bu artıq qərəzlilikdən xəbər verir. Ona görə də tələb edirik ki, məhkəmənin  bu qərardadı ləğv edilməlidir.

@gununsesi.info

Məhkəmə ədalətsizliyi ilə üzləşən sahibkar Prezidentdən və İnam Kərimovdan ədalət umur

♬ оригинальный звук – Gununsesi.info

Şəbnəm Rəhimova

Gununsesi.info