
Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyev hər biri 19 il müddətə azadlıqdan məhrum ediliblər.
Gununsesi.info Axşam.az – a istinadən xəbər verir ki, aktrisa Zümrüd Qasımova məhkəmənin qərarından sonra modelyer rəfiqəsinin sevinc göz yaşlarını sosial şəbəkədə paylaşıb. O, paylaşıma bunları yazıb:
“Mənim ürəyim, dostum, haqq-ədalət yerini tapdı. Kamran müəllimin yeri cənnət olsun. Qatillər isə hər gün öləcəklər, 19 il… Sən atanın qızı yox, oğlusan. Canım dostum, səninlə qürur duyuram”.
***
Rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Bəyan edilib ki, təqsirləndirilən mühafizəçiyə verilmiş ittiham məhkəmə yolu ilə təsdiqini tapıb. Bu əsasla ona sanksiya həddində cəza təyin edilməlidir.
Prokuror yekun olaraq hər iki müttəhimin 20 il azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiəyə hazırlanmaları məqsədilə vaxt verilib.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyyən edilib.
***
Bakıda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Mustafa Zeynalov və Namiq Əliyev hər biri 19 il müddətə azadlıqdan məhrum ediliblər.