
“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.
Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, vəkil Fuad Ağayev bildirib ki, M.Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Vəkilin sözlərinə görə, M.Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.
Gununsesi.info