
Turan agentliyinin direktoru Mehman Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Gununsesi.info-nun Lent.az-a istinadən məlumatına görə, o, Cinayət Məcəlləsinin 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə şübhəli bilinir.
M.Əliyev bu gün Vergilər Nazirliyinin İstintaq İdarəsində ifadə verdikdən sonra Yasamal rayon Polis İdarəsinə aparılıb və hazırda oradadır.
***
Vəkil Fuad Ağayev isə APA-ya bildirib ki, M. Əliyev bu gün Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə çağırılıb.
Vəkil qeyd edib ona qarşı vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb, barəsində cinayət işi başlanıb.
M. Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib.
O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparılıb.
“Azadlıq Radiosu” da Mehman Əliyevin polis idarəsinə aparılmasının videosunu facebook sosial şəbəkəsində yayıb.
Gununsesi.info