“Turan”ın bundan sonra necə fəaliyyət göstərəcəyi bilinmir” - MEHMAN ƏLİYEV

  • By admin
  • 11 Sentyabr 2017 13:42

mehman

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb.

Gununsesi.info xəbər verir ki, Mehman Əliyev azadlığa çıxandan sonra mətbuata açıqlamasında ilk növbədə ona dəstək verdiyinə görə, Azərbaycan ictimaiyyətinə təşəkkür edib.

O, “Turan” İnformasiya Agentliyinə qarşı açılan cinayət işinin sübuta yetməyəcəyinə inandığını vurğulayıb.

Mehman Əliyev təcridxanada normal münasibət gördüyünü bildirib.

M.Əliyev ölkə başçısına müraciət etdiyini, orada özünün jurnalist fəaliyyəti, “Turan”ın işi, açılan cinayət işi barədə məlumat verdiyini xatırladıb.

“Turan”ın bundan sonrakı işinə gəlincə, o, “bizim vəsaitimiz yoxdur, bank hesablarımız bağlanıb, “Turan”ın bundan sonra necə fəaliyyət göstərəcəyi bilinmir” deyib.

O, həbsdən buraxalandan sonra birbaşa öz evinə gedib.

Gununsesi.info