Mehman Əliyevin şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

  • By admin
  • 07 Sentyabr 2017 17:44

mehman

“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev məlumat verib. Şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə M.Əliyev barəsində seçilən həbs qərarının girov müqabilində dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Gununsesi.info