Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov işdən çıxarılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, özü məlumat verib.
Mehman Əzizov ona səbəb bildirmədən işdən çıxarıldığını deyib:
“Gəlib dedilər ki, işdən azad olunursuz. Səbəb isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar”.
“Sizin müqaviləniz yox idi” sualına isə M.Əzizov belə cavab verib:
“Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər. Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər”.
Gununsesi.info