Mehman Hüseynov kassasiya şikayəti verib

  • By admin
  • 29 İyun 2017 16:54

mehman

Mehman Hüseynov barəsində hökmdən kassasiya şikayəti verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov deyib ki, kassasiya şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Şikayət Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Yaxın günlərdə şikayət üzrə məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilə apellyasiya şikayəti təmin edilməyib.

Gununsesi.info