
Tanınmış blogger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov özünün “Facebook” səhifəsində məlumat yayıb.
Vəkil bildirib ki, M.Hüseynov daha sonra Nəsimi Rayon Məhkəməsinə aparılıb: “Mehman hazırda məhkəmədədir”.
Qeyd edək ki, dünən axşam saatlarından gənc blogger Mehman Hüseynovun yoxa çıxması barədə sosial şəbəkələrdə xəbərlər yayılıb. Mehmanın dostları nə mobil telefonla, nə də digər vasitələrlə ondan xəbər tuta bilməyiblər. Bloggerin Avropada yaşayan qardaşı Emin Hüseynov isə bildirib ki, qardaşını kafedən çıxarkən bir neçə nəfər zorla aparıb.
Gununsesi.info