Mehman Hüseynova bəraət istənildi

  • By admin
  • 05 Mart 2018 12:48

“Mehman Hüseynovun işi ilə bağlı verdiyimiz kassasiya şikayəti hakim İmran Hacıqayıbova tapşırılıb”.

Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a vəkil Fuad Ağayev məlumat verib.

Qeyd edək ki, kassasiya şikayətində M.Hüseynov barəsində bəraət hökmünün çıxarılması istənilir.

Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilə apellyasiya şikayəti təmin edilməyib.

Gununsesi.info